Dünya gərginlik içində: ABŞ-a məxsus 12 "F-22" təyyarəsi İsrailə enib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 12 F-22 tipli döyüş təyyarəsi İran üzərinə mümkün hücum müzakirələri fonunda İsrailin cənubundakı hərbi bazaya enib.

Sherg.az xəbər verir ki, təyyarələr ABŞ-ın Yaxın Şərqdəki hərbi yerləşməsinin bir hissəsi kimi gətirilib və düşmən ərazilərinə girərək hava hücumundan müdafiə sistemlərini və radarları təsirsiz hala gətirmək missiyasını yerinə yetirəcəklər.

ABŞ-İran arasında nüvə danışıqlar davam edir, vəziyyət bölgədə gərginliyi artırır. Növbəti danışıqlar 26 fevralda Cenevrədə keçiriləcək.