Düşmənin Ordubadı vurmasına REAKSİYA: “Türkiyəni hərbi sferaya çəkmək istəyir...”
Banuçiçək Kalbalıyeva
11:49 16.10.2020
Gündəm
816
“Çünki Paşinyan ilk gündən etibarən genişmiqyaslı hərbi əməliyyatlarda üçüncü tərəfin iştirakı ilə bağlı utanmadan yalanlar yaymaqdadır”
“İşğalçının iştirakçılaırn sayını artırmaq, müharibənin miqyasını genişləndirmək hədəfi məlumdur”
“Çünki günü-gündən məğlub olduğu, zəiflədiyi bir vaxtda buna məcburdur”
Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.
Bu, işğalçının növbəti təxribatı ilə yanaşı, həm də Türkiyənin maraqlarına ziddir. Çünki 1921-ci ilin 13 oktyabrında imzalanmış Qars müqaviləsinə əsasən qardaş ölkə həmin ərazinin təhlükəsizliyini təmin edir.
Ermənistanın bu faktı bilə-bilə Ordubadı hədəf alması “bardağı daşıran son damla”dır, bəlkə də. Məqsəd isə müharibənin miqyasını genişləndirmək və güclülərin arxasında gizlənmək, daldalanmaqdır.
Təcavüzkarın budəfəki provokasiyanı “Sherg.az”a şərh edən AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov Ermənistanın təhrikedici addımını belə qiymətləndirir:
“Ermənilər müharibənin ilk günnüdən son gününədək təxribatlar törədəcək. Bu, ilk belə hadisə deyil. Məgər Paşinyanın Şuşada rəqs etməsi, sərsəm bəyanatları, Mingəçevirin, Gəncənin vurulması təxribat deyildimi? Düşmən bilir ki, Türkiyə Azərbaycana ancaq mənəvi dəstək verir. O, bu dəstəyi hərbi sferaya daşımaqdan ötrü məhz Ordubadı vurdu.
Çünki Paşinyan ilk gündən etibarən genişmiqyaslı hərbi əməliyyatlarda üçüncü tərəfin iştirakı ilə bağlı utanmadan yalanlar yaymaqdadır. İşğalçının iştirakçılaırn sayını artırmaq, müharibənin miqyasını genişləndirmək hədəfi məlumdur. Çünki günü-gündən məğlub olduğu, zəiflədiyi bir vaxtda buna məcburdur.
Paşinyan başa düşmür ki, xilas olmağın bircə yolu var: Azərbaycan prezidentinə, xalqına üzrxahlıq müraciəti etməkvə ordusunu Dağlıq Qarabağdan çıxarmaq. Bunu etmədiyi halda taleyi daha da pisləşəcək. Fikrimcə, bundan sonra Ermənistan müxtəlif parlamentlərdə dəstək sənədləri qəbul etməyə çalışacaq, terrora əl atacaq.
Ümumiyyətlə, həmişə-bütün tarix boyu belə olub. Amma Azərbaycanda da, regionda da, dünyada da indi vəziyyət dəyişib. Ermənistan bunu anlamalıdır. Düşünürəm ki, bir neçə günə çox ciddi hadisələrin şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya