Əbu-Dabidə həlledici görüş: Ukrayna danışıqları ikinci raunda çıxır

Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu bazar günü BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Sherg.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqlar zərurət yaranarsa iki gün davam edə bilər. Görüşün ikitərəfli formatda baş tutacağı, lakin ABŞ nümayəndələrinin iştirakının mümkün olduğu bildirilir. Kreml ilk təmasları müsbət qiymətləndirərək, əsas qərarların qapalı rejimdə müzakirə olunduğunu vurğulayıb.