İranın sabiq Ali Rəhbəri bu gün dəfn olunacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, Ayətullah Seyid Əli Xameneinin cənazəsini və ailə üzvlərini daşıyan təyyarə bir müddət əvvəl Məşhəd şəhərindəki Şəhid Haşimi Nejad Hava Limanına enib.
Ayətullah Xameneinin dəfn mərasiminin Təşkilat Komitəsindən bildirilib ki, İraqda, xüsusilə Nəcəf və Kərbəlada keçirilən vida və dəfn mərasimlərinə böyük izdihamın qatılması səbəbindən cənazənin Məşhədə gətirilməsində gecikmə yaranıb.
Buna görə də qarşılama və dəfn mərasimi əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 08:00-da deyil, bu gün saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi bu gün Məşhəd şəhərində keçiriləcək, onun cənazəsi İmam Rza hərəminin ərazisində torpağa tapşırılacaq.