Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında CHP-ni sərt tənqid edib.
Sherg.az xəbər verir ki, Ərdoğan CHP daxilində təzyiq və təhqirlə üzləşən bəzi şəxslər olduğunu bildirib.
AKP-də “rahatlıq taparaq” partiyalarına qoşulublar və bundan sonra da yeni keçidlər ola bilər.
Ərdoğan deyib ki, AKP-yə keçən bələdiyyə sədrləri CHP-də daxili çəkişmələr səbəbindən xidmət göstərə bilmədiklərini qeyd ediblər.
Prezident çıxışında həmçinin Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu vurğulayıb, ABŞ,İsrail-İran müharibəsində İsraili təxribatçı siyasətdə ittiham edib və bölgə problemlərinin region ölkələri tərəfindən həll edilməli olduğunu deyib.
Ərdoğan Türkiyənin Avropa Birliyinə üzvlük hədəfindən geri çəkilmədiyini, TAI KAAN layihəsinin uğurla davam etdiyini və “Terrorsuz Türkiyə” hədəfinə mütləq çatacaqlarını da bildirib.