Ərdoğan İran üçün həll yolu axtarır - Arakçı

Türkiyə həmişə çox yaxşı mövqelərə malik olub. Türkiyənin İranla bağlı fikirləri də həmişə çox konstruktiv olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı “CNN Türk”ə müsahibəsində Ankaranın Vaşinqton və Tehran arasında vasitəçiliyi ilə bağlı suala cavab olaraq deyib.

“Açığı, Türkiyənin bu məsələ ilə bağlı fikirləri bizim üçün çox vacibdir. Xüsusilə, İranla İsrail arasında 12 günlük müharibə zamanı Türkiyənin konstruktiv baxışını görmüşük. Prezident Rəcəb Tayyib Ərdoğan da diplomatiyadan istifadə ilə bölgə üçün fayda əldə edə biləcəyimizi söyləyib.

Türkiyə regionda həll yolu tapmaq üçün çalışır, bu səylərə müsbət baxırıq. Ümid edirik ki, bu, uğurlu olacaq. Bu mövzu ilə bağlı digər region ölkələri ilə danışıqlar aparırıq”, - nazir bildirib.