Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında təkbətək görüş planlaşdırılır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“NATO sammitində Donald Trampla təkbətək görüş ehtimalı yüksəkdir”, - Türkiyə lideri qeyd edib.

Qeyd edək ki, NATO sammiti 7-8 iyulda Türkiyənin paytaxtı Ankarada keçiriləcək.