Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərinin üçüncü günündə keçirdiyi görüşlərə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etməklə başlayıb.

Sherg.az xəbər verir ki, görüş zamanı Ərdoğan Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiklərini bildirib. O, münasibətlərdə əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ərdoğan Azərbaycanın və Ermənistanın sülh prosesi çərçivəsində qarşılıqlı addımlar atmasını Türkiyənin məmnuniyyətlə qarşıladığını ifadə edib.

Türkiyə Prezidenti Ermənistanla beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığın da normallaşma prosesinə töhfə verdiyini qeyd edib.

Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məsələlər diqqət mərkəzində olub.