“EUROPEAN TOBACCO-BAKU” ASC səhmdarlarının nəzərinə!

Elan!

Hörmətli "EUROPEAN TOBACCO-BAKU" ASC səhmdarı,

"EUROPEAN TOBACCO-BAKU" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Cəmiyyətin Nizamnaməsinin, həmçinin Cəmiyyətin Səhmdarının tələblərinə uyğun olaraq Sizin nəzərinizə çatdırır ki, 16 Aprel 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 12ünvanında Cəmiyyətin Səhmdarlarının növbəti Ümumi yığıncağı keçiriləcəkdir.

Səhmdarlarının növbəti Ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilir :

• Ümumi yığıncağın sədri və katibin seçilməsi.

• Hesablama komissiyasının üzvlərinin seçilməsi.

• Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiq edilməsi.

• Cəmiyyətin ləğv edilməsi (könüllü qaydada) barədə qərarın qəbul edilməsi.

• Ləğvetmə ilə bağlı Ləğvetmə Komissiyasının (təsviyəçi, ləğvedici) təyin edilməsi.

• Cəmiyyətin hüquqi qeydiyyat ünvanının dəyişdirilməsi və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi.

• Dövlət orqanlarında sənədlərin qeydiyyatı üçün səlahiyyətli şəxsin (hüquqi və ya fiziki şəxs) təyin olunması;

  Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlərlə hər bir səhmdarın vaxtında və tam şəkildə tanış ola bilməsi üçün, gündəliyə dair müvafiq məlumatlar və materiallar bildirişə əlavə olunmuş "Qoşma" şəklində təqdim edilmişdir. Səhmdarlar bu materiallarla əlavə olaraq Cəmiyyətin hüquqi ünvanında və ya əvvəlcədən müraciət əsasında əldə etməklə tanış ola bilərlər.

Hər bir səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf) iştirak edə bilər. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, iclas iştirakçılarının qeydiyyatı və şəxsiyyətlərinin müəyyən edilməsi məqsədilə, hər bir səhmdardan yığıncağın başlanmasından 15–30 dəqiqə əvvəl iclasın keçiriləcəyi ünvana gəlmələri xahiş olunur. Bu, yığıncağın vaxtında və təşkilati qaydada başlanmasını təmin etmək məqsədi daşıyır.

Qoşma : Gündəlikdəki məsələlərə dair müvafiq sənədlər və materiallar.