Fransadan vətəndaşlarına xəbərdarlıq: İsrailə səfər etməyin!

Fransa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İsrail, Qüds və İordan çayının qərb sahilinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Sherg.az xəbər verir ki, İsraildə olan Fransa vətəndaşlarına isə ehtiyatlı davranmaq və sığınacaqların yerini müəyyənləşdirmək tövsiyə olunub.

Eyni zamanda Böyük Britaniya hökuməti əməkdaşlarının müvəqqəti olaraq İrandan çıxarıldığını açıqlayıb.