Girovun bacısı: "Uzun müddətdir Şahbazdan məktub gəlmir"
Fidan Həmişəyeva
12:52 20.08.2019
Gündəm
612
“Qardaşımla bağlı yeni xəbər yoxdur”. Bu sözləri Sherg.az-a açıqlamasında Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib:
Onun sözlərinə görə, uzun müddətdir ki, qardaşı Ş.Quliyevdən heç bir məktub almırlar:
“Sadəcə 10 gün bundan qabaq Beynəlxalq Qızıl Xaç Kommitəsi (BQXK) bizə dedi ki, Şahbaza baş çəkmişik, vəziyyəti yaxşıdır. Başqa heç bir məlumatımız yoxdur. 1 ay öncə biz məktub göndərmişdik. Komitədən bildirdilər ki, məktub çatıb və hər şey normaldır”.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm