Gürcüstan və Özbəkistan strateji tərəfdaşlıq haqqında saziş imzaladılar

Gürcüstan və Özbəkistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Teleqraf xəbər verir ki, sənədi Gürcüstan Baş naziri İrakli Kobaxidze və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tbilisidə imzalayıblar.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar keçirilib.

Görüşün yekununda iqtisadiyyat, səhiyyə, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, maliyyə, gömrük, təhsil, informasiya və kommunikasiya texnologiyaları, eləcə də mədəniyyət sahələrində əməkdaşlığa dair memorandumlar imzalanıb.