
Gürcüstanın Avropaya inteqrasiyası gözlənilən məqamdır
Yusif Nəzərli
09:57 05.07.2023
Gündəm
416
Çünki rəsmi Tbilisi separatizmdən ciddi şəkildə əziyyət çəkən ölkədir
Gürcüstanın Avropa İttifaqından (Aİ) namizəd statusunu ikinci dəfə ala bilməməsini ictimaiyyətə izah etmək çətin olacaq.
Bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib. Partiya sədri Avropa Komissiyasının bu ilin dekabrında müsbət qərar qəbul edəcəyinə ümid etdiyini söyləyib. Kobaxidze mənfi qərarın müəyyən siyasi risklərinin olduğunu, lakin bu risklərin müzakirəsindən qaçıldığını əlavə edib: “Əgər gələcəkdə mənfi qərar qəbul edilərsə, biz bütün məsələləri ictimaiyyətlə müzakirə etməli olacağıq”. Məlumat üçün bildirək ki, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi deyib ki, Gürcüstan Avropa İttifaqı (Aİ) namizədi statusu əldə edilməsi üçün Avropa Komissiyası tərəfindən təqdim edilmiş 12 tövsiyədən yalnız 3-nü yerinə yetirib. Lakin Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası tövsiyələrin 80 faizinin yerinə yetirildiyini, prosesin iyunun sonunadək yekunlaşacağını bəyan etmişdi.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Gürcüstan 1990-cı ildən başlayaraq Avropa İttifaqına üzvlüyə can atır. Analitik xatırladıb ki, 2003-cü ildə "Qızılgül inqilabı"ndan sonra ölkədə bir çox liberal reformalar başlayıb: "İqtisadi və ticari siyasətdə ciddi dəyişikliklər baş tutub. Rusiya bunları qəzəblə qarşılayıb. 2008-ci ilin “5 günlük müharibəsi”ndə az qala Tiflis Rusiya tərəfindən işğal olunurdu. Bundan sonra Cənubi Osetiya və Abxaziyanın qondarma “dövlətləri” Rusiya tərəfindən rəsmi olaraq tanındı. Qərb o zaman Gürcüstanı dəstəkləmədi. Aİ Ukrayna və Moldovanın İttifaqa üzvlüyünə üstünlük verdi. Gürcüstan Avropadan imtina cavabı aldığı üçün on minlərlə insan küçələrə çıxdı, “Biz Avropayıq!” plakatı qaldırsalar da, Aİ qapılarını açmadı".

A.Rəşidoğlunun sözlərinə görə, Gürcüstanın mövcud iqtidarı isə Rusiya ilə əlaqələri korlamaq istəmir: "Çünki hazırkı hakimiyyətin təmsil olunan bir çox kadrı Rusiyaya yaxın olanlardır. Digər tərəfdən, Gürcüstanın Avropaya inteqrasiyası gözlənilən məqamdır. Çünki rəsmi Tbilisi separatizmdən ciddi şəkildə əziyyət çəkən ölkədir. Cənubi Osetiya və Abxaziyadakı separatçılıq elementlərinin bitəcəyi gözlənilmir. Bu gedişatı aşmaq və yerinə yetirmək rəsmi Tbilisi üçün yaxın perspektivdə o qədər də mümkün görünmür. Ümumilikdə Gürcüstanda Avropa İttifaqının tələb etdiyi müəyyən siyasi islahatlar var ki, onlar hansısa bir formada AB-yə üzv qəbul edilə bilərlər. Bundan başqa, Gürcüstan yaxşı başa düşür ki, onun Aİ-yə üzvlüyü Rusiya ilə əlaqələrinin daha da korlanmasına səbəb ola bilər. Ona görə də bir qədər passiv mövqe nümayiş etdirir".
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm