Hamı "qocalır", bu nə vurhavurdur ?
Məlahət Rzayeva
07:55 16.07.2019
Gündəm
1231
Sosioloq: "Buraya qədər normal haldır, amma nəticəni paylaşmaq yaxşı göstərici deyil"
Psixoloq: "Bunu edən ziyalılara, cəmiyyətdə çəkisi olan adamlara lap heyrət edirəm"
Sosial şəbəkələrdə «qocalmaq» dəmidir. Dəb də deyə bilərik. Amma ötəri, keçici. Sosial şəbəkələr belədir; səhər bir şey dəb olur, günorta başqası, axşama qədər neçə-neçə mövzu dəyişkənliyi baş verir. Feysbuk aktivləri dünəndən sürətlə «qocalır»lar. Bir çox tanıdığımız, virtual aləmdə dostluq etdiyimiz şəxslərin illər sonrakı simasını görürük. Yazarlar, siyasilər, bizim həmkarlarımız da «qocalıb». Özləri nümayiş etdirir gələcəyini. FaceApp xüsusi proqramdı, qocalanda necə görünəcəyini bilmək, görmək istəyirsənsə, proqram gələcəyini qarşına qoyur. Bax, feyziyab ol. Həqiqətən də, baxanlar feyziyab olurmu? Etiraz edənləri də görürük. «Bəsdirin, gözümüz ağrıdı, qırışıq üzləri, ağaran saçları, ziyası sönmüş gözləri görməkdən. Pozitiv şəkillər paylaşın» deyənlər var.
A.Qurbanova:
4-5 saat bura baxmadım. Sanki qocalar evini ziyarətə getdim. Niyə özünüzü bu hala salırsız, anlamadım. Qocalmağa bu qədər həvəsli olmağınıza məəttəl qalmışam.
Bir nəfərsə bunları yazıb:
- Bilirsiz, insan 7 ildən bir qocalır. Bəzən «avariya»da ola bilər qulağı itər, burnu sınar və insan tanınmaz hala düşər. Əsas odur, gör qocala bilirsən? Ay qoydular ha…
Bəs sosioloq və psixoloqlar nə düşünür? Bunun adı nədir – bekarçılıq, küyə getmək, gələcəyi bilmək marağı?
Əhməd Qəşəmoğlu:
- Hə, indi internetdə belə proqramlar yaranıb ki, insanın indiki fotosu əsasında yaşlı vaxta necə görsənə biləcəyini təxmini olaraq göstərə bilir. Bu elə də dahiyanə bir proqram deyil. Sadə bir proqramdır. Üz çizgilərinin zaman keçdikcə necə dəyişəcəyini təyin etmək elə də çətin deyil. Diqqətli bir mütəxəssis, rəssam da bunu edə bilər. Kompüterdə isə bu, daha dəqiq alınır. İndi müəyyən işbaz adamlar bu proqramları yayaraq öz izləyicilərinin sayını artırırlar. Maraq göstərənlər də ondan istifadə edib özünün yaşlı vaxtı necə görünəcəyini öyrənmək istəyir. Həm də onu deyim ki, müxtəlif fotolar əsasında müxtəlif variantlar alına bilər. Buraya qədər normal haldır. Hər kəs bunu edə bilər. Amma bundan sonrası - yəni alınmış nəticəni paylaşmaq, siz dediyiniz kimi bir azardır və o qədər də yaxşı göstərici deyil. Yəni özlüyündə öz yaşlı vəziyyətini müəyyən etdin, bunun camaata nə dəxli? Belə proqramla özlərini gənc olaraq, daha gözəl olaraq necə görünəcəyini müəyyənləşdirənlər də var. Bu cür nəticələri bir zarafat olaraq kiməsə göndərmək olar, amma sosial şəbəkədə yaymaq yaxşı hal deyil. Bunun kütləvi hal alması isə insanlarımızın ümumi səviyyəsindən xəbər verdiyi üçün əvvəl dediyim kimi, yaxşı göstərici deyil.
Psixoloq Fərqanə Mehmanqızı «Şərq»ə açıqlamasında mövzu ilə bağlı danışmaqdan utandığını dedi:
- İnanın, bu mövzu barədə danışmağa utanıram. Çəkinirəm. Bu qədər də kütlə psixologiyasına sığınmaq olmaz axı. Bunu edən ziyalılara, cəmiyyətdə çəkisi olan adamlara lap heyrət edirəm. Bizdə kütlə psixologiyası «gözəl» inkişaf edib. Buna trendə qoşulmaq deyilir. Biri bir iş görür, 100 nəfər ardınca düşür. Emosional xalqıq. Onda varsa, məndə də olsun. O etdisə, deməli, olar, yaxşı işdir, mən də edim. Sosial şəbəkələri oyuncağa çeviriblər. Adam diksinir, vallah. İyrənirəm. İnsanlarımızın belə bəsit düşüncə tərzi heyrətləndirir məni. Bununla bağlı bir müddət öncə status da yazmışdım ki, belə mövzuları müzakirəyə çıxarmağa utanıram. Bir müğənni var, hamı onu tənqid edir, amma ən məşhur saytlar gedib ondan müsahibə alır. Başqa bir müğənni şəxsi səhifəsində dombalaq aşan fotosunu paylaşır, hamı onu yayır. Belə olmaz axı. Özümüzü təkzib edirik. Bəyənmədiyimiz bir şeyi niyə paylaşmalıyıq? Birini tənqid ediriksə, bəyənmiriksə, niyə onu saatlarla müzakirə predmetinə çeviririk o zaman?!. Deməli, səmimi deyilik. Özümüzü aldadırıq. Bir-iki gün öncə «Semaşko» xəstəxanasına getmişdim. Gecə idi. Nələr gördüm orda?.. Yüngül mövzuları günün baş xəbəri kimi yayanlar bir gecə yuxularına haram qatıb o xəstəxanaya getsinlər, görsünlər orda nələr baş verir? Bu hadisələr barədə danışmaq, yazmaq lazımdır. Yoxsa, qocalanda necə görünəcəm deyə oyun-oyuncaqla baş qatmaq cəmiyyət olaraq bizə heç bir üstünlük qazandırmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya