ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampdan ictimaiyyət qarşısında rəqs etməməyi xahiş edir.
Sherg.az xəbər verir ki, Tramp oktyabrın 31-də Floridada keçirilən mitinqdə həyat yoldaşının bu davranışı prezidentə yaraşdırmadığını bildirib.
“Əzizim, xahiş edirəm, bir daha rəqs etmə. Axı sən prezidentsən”, – deyə Tramp Melaniyanın sözlərini sitat gətirib.
Qeyd edək ki, Tramp bundan əvvəl Mayamidə keçirilən biznes forumunda, eləcə də 2025-ci ildə Yaponiyaya səfəri zamanı təyyarədaşıyan gəminin göyərtəsində rəqs hərəkətləri ilə diqqət çəkmişdi.