Hər həftə qanlı mina partlayışlarının şahidi oluruq

Ermənistan tərəfinin Azərbaycanda yerləşdirdiyi minaların qurbanları əsasən mülki şəxslərdir.

Sherg.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında bildirib.

“Demək olar ki, hər həftə ölümcül və qanlı mina partlayışlarının şahidi oluruq”, - o qeyd edib.