Türkiyə parlamenti Məkkə Birgə Müdafiə Sazişini təsdiq edib

Türkiyə Böyük Millət Məclisi (TBMM) Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Məkkə Birgə Müdafiə Sazişinin təsdiq edilməsinə dair qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, 16 maddədən ibarət saziş üç ölkə arasında kollektiv müdafiə mexanizmlərinin yaradılmasını, hərbi əməkdaşlığın dərinləşdirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsini və müdafiə sənayesi sahəsində birgə proqramların həyata keçirilməsini nəzərdə tutur.

Sənəd 2026-cı il avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Sazişin şərtlərinə əsasən, tərəflər sənəd qüvvəyə mindikdən sonra ilk 10 il ərzində ondan çıxa bilməzlər. Bu müddət başa çatdıqdan sonra isə tərəflərdən hər biri ən azı üç ay əvvəlcədən yazılı bildiriş verməklə sazişdən çıxa bilər.

Saziş oktyabrın 21-də TBMM-yə təqdim edilib, oktyabrın 27-də isə parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənərək plenar iclasın gündəliyinə daxil edilib.