“Həyat yoldaşın pulu ödəyib, qızım” - FOTO
Yusif Sultanoğlu
08:52 19.03.2021
Gündəm
675
Şəhid xanımının statusu hamını kövrəltdi
Şəhid Fariz Həsənovun xanımı Əzizə Həsənova feysbukda yazdığı statusla hər kəsi kövrəldib.
“Sherg.az” xəbər verir ki, igidimizin ömür-gün yoldaşı paylaşımda bunları qeyd edib: “Farizimin yeri hər məqamda qəlbimi sarsa-sarsa görünür. Bu gün evdə görüləsi işlər var idi. Lazımi avadanlığı almaq üçün xırdavat mağazasına getdim. Axı ora ən çox kişilər üz tutur. Qadınlar isə iki halda: ya həyat yoldaşı ilə nə isə seçmək üçün, ya da mənim kimi çarəsiz qalanda, evin kişisi də, xanımı da mənəm deyib, məcburi gedirlər. Nə isə... Dükana getdim, içəridə bir yaşlı qadın var idi. Həyat yoldaşı ilə işıqlara baxırdılar. Qalanları kişilər idi. Hərə bir usta ilə gəlib, lazımi əşyaları alırlar.
Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi, yanında köməkçisi vardı. Növbə mənə çatdı, “qızım, nə lazımdır? deyə soruşdu. Dedim ki, dayı, evdə iş görmək üçün bəzi alətlər - çəkic, silikon, kley tapançası və sair lazımdır.
Dayı onları hazırladıqca, üzümə məyus formada baxırdı. Sonda borcumun nə qədər olduğunu soruşdum. Amma qayıtdı ki, bir sual verim:
“O alətlər sənə nə üçün lazımdır? Yəqin həyat yoldaşın evdə iş görür. Aldıqlarında bir səhv olmasın deyə soruşuram. Zəng vur, mismarın ölçüsünü dəqiqləşdir.
Mən də bilim sənə dəqiq hansı alətlər lazımdır” deyərək məni dünyada olmayan yoldaşımla əlaqə saxlamağa vadar edirdi. Necə deyim ki, ağsaqqal, Farizim dünyada yoxdur, evin kişisi də, qadını da özüməm, yoxsa nə gəzirdim burda? Həqiqəti deməyə qürurum imkan vermədi. Telefonumu guya zəng edirmiş kimi qulağıma tutdum. Yaxşı ki, mismarın ölçüsünü yadıma sala bildim. Demə, dayı hiss edib, tanıyıb məni.
Lakin büruzə verməyib. Xülasə, Farizimlə yalançı danışığımı bitirdim, dedim, dayı 50-lik mismar lazımdır, kley də divar kağızı yapışdırmaq üçün. O, anladığını işarə edib, lazım olanları gətirdi. Çıxanda gördüm ağsaqqal, bir telefonuna baxır, bir mənə. Səsləndi ki, bala, bir dəqiqə gözlə. Özünü pis hiss etdiyini başa düşdüm. “Yaxşısız dayı” deyə sual verdim.
Söylədi ki, narahat olma, qızım, yaxşıyam. Birdən kassadan ödədiyim pulu götürüb, geri qaytardı. Soruşdum ki, bu nə deməkdir? Fikirləşirdim ki, yəqin kimsəsiz olduğumu düşünüb.
Pulu verdim ki, çox sağ olun, özüm ölməmişəm ki, kimsə ödəsin. Ağsaqqal pul alıb, bir söz demədi. Üzümə baxmaq istəmirdi. Mən də qəhərləndim ki, Allah, kimsəsizliyim bu qədərmi bəlli olur?
Dayı dilləndi: “Səni tanıyıram, qızım. Efirdə görmüşəm. Bayaq telefonu götürüb, bir də baxıb, dəqiqləşdirdim. Həmin qız imişsən, şəhid Farizin həyat yoldaşı. Təkliyini hiss etdirmək istəmədin. Sənə sözüm yoxdur”. Sonra başını aşağı saldı. Bu sözlər mənə bir ox kimi dəydi, çox pis oldum. Ağlamayacam dedim. Nə fayda? Gördüm ki, göz yaşlarım hicabımı isladıb.
Üzümü çevirib, gözlərimi sildim. Sağollaşıb, mağazadan çıxdım. Evə gəldim, bir xeyli ağladım. Çöldə ürəyimi boşalda bilmədiyim üçün sirdaşım divarlardır. Dərdimi, onlara danışıb ağlayıram. Sonra paketi açdım ki, işə başlayım. Gördüklərim məni yenidən yıxdı. Ödədiyim pul və “həyat yoldaşın pulu ödəyib, qızım” yazılan kağız”.
Oxşar xəbərlər
Bakı mövqeyini gücləndirir: Ermənistanla dialoqun əsas istiqaməti bəlli oldu - ŞƏRH
16:11 13.11.2026
Kallas: Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr atəşkəsdən əvvəl başlamamalıdır
15:39 13.11.2026
Kreml Ukrayna ilə bağlı yeni danışıqlar raundunun daha tez baş tutacağını güman edir
14:59 13.11.2026
Xəbər lenti
Hamısına bax
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:21 13.11.2026
Dünya