“Heydər Əliyev Ensiklopediyası” 2025-ci ildə hazır olacaq
18:25 30.11.2024
Gündəm
477
AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən məsələlərdən biri də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın cari vəziyyəti haqqında olub.
"Report" xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər planından irəli gələrək “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını söyləyib. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin iclasında “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü müzakirə edilərək təsdiqlənib və məqalələrin hazırlanması prosesinə başlanılıb.
Sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşı Rüstəm Hacıyev çıxış edərək “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Ensiklopediya üçün nəzərdə tutulan məqalələrin hazırlanması prosesi sürətlə davam edir və görülən işlər aidiyyəti dövlət qurumlarından məlumatlar əldə olunaraq yerinə yetirilir. O, məqalələrin hazırlandıqdan sonra hər bir istiqamət üzrə müvafiq institutlara göndəriləcəyini və onların da rəyinin nəzərə alınacağını söyləyib. R.Hacıyev “Heydər Əliyev Ensiklopediyası”nın 2025-ci ildə tam hazır olacağını diqqətə çatdırıb.
Məsələ ilə əlaqədar akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının cildlərinin elektron versiyasının İnternet məkanında yerləşdirilməsi ilə bağlı təklifini səsləndirib.
Həmçinin akademik Gövhər Baxşəliyeva və professor Kərim Şükürov çıxış edərək fikir və təkliflərini diqqətə çatdırıblar.
Akademik İsa Həbibbəyli Ensiklopediyanın yüksək səviyyədə hazırlanması və çapı üçün öz tapşırıqlarını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə