Hikmət Hacıyev: "Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi"də
Yusif Nəzərli
06:32 10.07.2023
Gündəm
290
"Zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ali təhsil alan kadrlar bu gün də dövlətçiliyin inkişafına öz töhfələrini verirlər".
"Report"un xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 10-da ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 1987-1990-cı illərdə Ulu Öndərə qarşı təzyiqlər olub: "Həmin dövrün sənədlərinə baxdıqda məlum olur ki, Heydər Əliyevin fiziki cəhətdən məhv edilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Ancaq istəkləri baş tutmadı".
H.Hacıyev qeyd edib ki, tarixçilər öz araşdırmalarında bəzən ermənilərin yalnız Qarabağı öz ərazisi kimi təqdim etməsini vurğulayır: "Lakin tarixçilər araşdırmalarında nəzərə almalıdır ki, onlar nəinki Qarabağı, eləcə də Naxçıvanı Ermənistana birləşdirməklə oranı Şərqi Ermənistan kimi təqdim etmək istəyirdilər. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi ilə onların bu istəyi də baş tutmadı. O, Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi.
1993-cü ilə qədər Azərbaycanı tam şəkildə müstəqil hesab etmək olmazdı. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz tam müstəqil oldu. Qürur hissi duyuram ki, məhz Ulu Öndərin yürütdüyü milli kadr siyasətinə uyğun olaraq mən də Xarici İşlər Nazirliyində işləmişəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya