İlham Əliyev Surinam Prezidenti ilə görüşüb -YENİLƏNİB
Yusif Nəzərli
14:16 10.11.2024
Gündəm
309
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.
Sherg.az xəbər verir ki, Surinam Prezidenti ilə görüşdən məmnunluğunu bildirən dövlətimizin başçısı Çandrikapersad Santoxinin dəvəti qəbul edib, COP29 tədbirində iştirak etdiyinə görə minnətdarlığını bildirdi və vurğuladı ki, bu, ikitərəfli münasibətlərimizdə yüksək səviyyədə ilk rəsmi səfərdir. Azərbaycan Prezidenti bu səfərin əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edərək, onun səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Surinam Prezidenti dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevin COP29 prosesində liderliyinin təqdir olunduğunu qeyd etdi və bu cür mötəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. O, COP-a sədrliyin asan olmadığını dedi, ancaq bununla belə Azərbaycanın bu məsələdə liderlik göstərdiyini vurğuladı.
Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirildi, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimizin yaxından əməkdaşlıq etdiyi qeyd edildi.
Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaq Surinamdan olan tələbələrə Azərbaycanın ali təhsil müəssisələrində təqaüd verilməsi və universitetlərimiz arasında əməkdaşlığın yaradılması məsələsini diqqətə çatdırdı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlərin irəliləyə aparılması üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olundu.
Söhbət zamanı COP-un gündəliyində duran məsələlər və ölkələrimizin COP çərçivəsində, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.
Sherg.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm