
İlham Əliyevlə Paşinyan arasında Çində görüşün keçirilməsi qətiyyən gözlənilməz deyildi - ŞƏRH
00:23 02.09.2025
Gündəm
345
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.
Çində tərəflərin görüşünü "Sherg.az"a dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi artıq reallığa çevrilməyə başlayıb. Ekspert vurğulayıb ki, bütün proseslər tərəflər arasındakı sülh sazişinin imzalanmasına yönəlik inkişaf edir:

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşlərdə normal ünsiyyət imkanları formalaşıb. İki lider bir-birini demək olar ki, yaxşı anlayır. Hər iki ölkəyə sülh lazımdır. Tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar səfərbər olunub. Sadəcə, Ermənistanda bəzi problemlər mövcuddur. Xüsusilə, Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarına dair müdəaların ləğvi qaçılmazdır. Bu problem həll edildikdən sonra Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması mümkün olacaq. Əslində, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri N.Paşinyan arasında Çində görüşün keçirilməsi qətiyyən gözlənilməz deyildi. Bütün beynəlxalq tədbirlərdə iki lider hansısa formada bir araya gəlir, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparırlar. Eyni zamanda sonrakı mərhələdə atılacaq addımlarla bağlı hakim komandaya göstərişlər verilir. Çindəki görüş qısa olsa da, mühüm təmaslardandır".
Analitik diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan lideri dünyanın harasında olsalar, görüşüb, müzakirələr aparmaq imkanlarına sahibdirlər:
"Çin görüşü bunun bariz nümunəsidir. Xatırladım ki, avqustun əvvəlində liderlər Vaşinqtonda görüşmüşdü. ABŞ və Çin bir-birinə rəqib olsa da, Azərbaycan və Ermənistan arasında sülhün olması həm Vaşinqtona, həm də Pekinə sərfəlidir. ABŞ Zəngəzur dəhlizinə nəzarət funksiyasını icra edəcək. Çin isə dəhlizin əsas istifadəçilərindən biri olacaq. Asiya və Avropanı birləşdirəcək geostrateji marşrut Çinin maraqlarına tamamilə cavab verir. Hazırda Cənubi Qafqaz bütövlükdə iki qitə - Avropa və Asiya arasında etibarlı körpüyə, etibarlı ticarət qovşağına çevrilmək üzrədir. Bakı və İrəvan arasında yekun sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqaz regionu sülh və sabitlik dövrünə, yeni mərhələyə qədəm qoymuş olacaq. Çiçəklənən Cənubi Qafqaz modeli ortaya çıxacaq. Baş verənlər region ölkələrinin mənafeyinə tam uyğundur. İndiki situasiyada araqarışdıran, qərəzli, sadəcə öz geopolitik maraqlarını ön planda tutan Rusiya kimi dövlətlərin regiona müdaxiləsinin qarşısının alınması olduqca vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm