İntiharın qarşısını Milli Fəaliyyət Planı necə alacaq? - Psixoloqun təklifi var
Fidan Həmişəyeva
12:23 26.11.2019
Gündəm
651
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı tərəfindən ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını bildirib.
Nazir müavini qeyd edib ki, ilk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır:
“Hazırkı tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.
Milli Fəaliyyət Planının hazırlanmasının müsbət hal olduğunu deyən psixoloq Azad İsazadə Sherg.az-a bildirib ki, bu planın hazırlanması intiharların tam olaraq aradan qaldırılmasına səbəb olmayacaq:
Psixoloqun fikrincə, yeni layihə qismən də olsa problemin azalmasına yardımçı ola bilər:
“Bu günə qədər istər psixoloqlar və psixiatrlar, istərsə də həkimlər və müəllimlər intiharlarla pərakəndə şəkildə məşğul olurdular. Vahid proqram və plan, xüsusi koordinasiya qrupu yox idi. Ona görə də belə bir proqramın yaranması heç olmasa konkret və real insanlara kömək göstərə bilər. Sözsüz ki, burada təbliğat da güclü olmalıdır və proqram haqqında kütləvi informasiya vasitələri çox geniş məlumatlar verilməlidir. İstərdim ki, bu proqramın içində ilk növbədə statistik məlumatalar elmi baxımdan analiz olunsun. Çünki sui-qəsdlərlə mübarizə aparmaq üçün ilk növbədə bizə elmi statistik və analiz olunmuş materiallar lazımdır. Yəni, nə baş verir, hansı regionda neçə yaş qrupları və intihar formaları müşahidə olunub? Bütün bunların araşdırılması və təqdim olunması vacibdir. Ona görə də Milli Fəaliyyət Planında bu məlumatların yer alması pis olmazdı ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya