İran ABŞ-nin hücumları bərpa edəcəyi təqdirdə regiondakı Amerika texnoloji infrastrukturuna zərbələr endirəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Press TV” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran ABŞ-nin regiondakı texnoloji obyektlərini hələlik hərbi hədəflər siyahısına daxil etməyib.
Rzayi xəbərdarlıq edib ki, hərbi əməliyyatlar yenidən başlayarsa, ABŞ-yə məxsus məlumat emalı mərkəzləri, süni intellekt infrastrukturu və digər strateji texnoloji obyektlər İranın cavab zərbələrinin hədəfinə çevrilə bilər.
O, belə bir vəziyyətdə çoxsaylı məlumat mərkəzlərinin və süni intellekt obyektlərinin məhv ediləcəyini iddia edib.