İran: Hörmüz boğazında ticarət gəmilərinə dəstək verməyə hazırıq

İranın Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazında hərəkət edən ticarət gəmilərinə dəstək göstərməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bununla bağlı İranın rəsmi IRNA agentliyi kommersiya gəmilərinin kapitanlarına ünvanlanan müraciəti yayıb.

Müraciətdə bildirilib ki, İran limanları gəmilərə müxtəlif xidmətlər, texniki dəstək, həmçinin tibbi və sanitariya yardımı təqdim etməyə hazırdır.