İran ölkənin şimalında, Azərbaycan sərhədinə yaxın ərazidə pilotsuz uçuş aparatları (PUA) ilə bağlı mühüm qərar qəbul edib.
Sherg.az xəbər verir ki, Federal Aviation Administration (FAA) saytında yer alan məlumata görə, Xəzər dənizinin sahil və açıq hissələrini əhatə edən zonada PUA fəaliyyətləri həyata keçiriləcək.
Yayımlanan NOTAM-a (Hava məkanının müvəqqəti bağlanması və ya məhdudlaşdırılması) əsasən, 25 fevral – 20 mart tarixləri arasında həmin bölgədə yer səviyyəsindən 10 min fut (təxminən 3 min metr) hündürlüyə qədər hava məkanı məhdud elan olunub.
Məhdudiyyət Azərbaycan sərhədinə yaxın ərazini də əhatə edir. Qərarın bölgədə aparılacaq pilotsuz uçuş əməliyyatları ilə bağlı olduğu bildirilib.