İranın dərdi Türkiyədə çözülə bilər - Ağ Ev təsdiqlədi: ABŞ və İran görüşəcək

ABŞ mətbuatının yazdığına görə, Türkiyə, Misir və Qətər İran və ABŞ arasında yüksək səviyyəli görüşün təşkili üçün çalışır.

Sherg.az xəbər verir ki, Ağ Ev İran və ABŞ nümayəndə heyətlərinin bu həftə Türkiyədə bir araya gələ biləcəyini təsdiqləyib.

Məlumata görə, Ankarada ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə iranlı rəsmilər arasında görüş planlaşdırılır. Ağ Ev rəsmiləri Trampın İrana qarşı hücumla bağlı yekun qərar vermədiyini və diplomatik həllə açıq olduğunu bildirib.

İran XİN rəhbəri Abbas Araqçi isə CNN-ə açıqlamasında ABŞ ilə nüvə silahı mövzusunda razılaşmanın mümkün olduğunu deyərək, “Prezident Trampın dediyi kimi, İranın nüvə silahı olmamalıdır və biz bununla razıyıq”, – deyə vurğulayıb.