İrəvan əslində sülh prosesində maraqlı deyil - Millət vəkili
Yusif Nəzərli
10:57 06.08.2023
Gündəm
374
"Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə bir çox vacib məqamlara toxundu. Onlardan biri də Ermənistanın sülhə hazır olmaması ilə bağlı idi. Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalıdır".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistan rəhbərliyinin açıqlamaları göstərir ki, İrəvan əslində sülh prosesində maraqlı deyil:
"Ermənistan imitasiya ilə məşğuldur. Nikol Paşinyan hökuməti bir sıra açıqlamalarda guya sülhdə maraqlı tərəf olduğunu iddia edir. Lakin Ermənistanın atdığı addımlar, əməli hərəkətlərinin heç biri sülhə töhfə vermir. Bir yandan nisbətən müsbət açıqlamalar verilir, digər tərəfdən Laçın yolu ilə bağlı, o cümlədən Qarabağdakı ermənilərin durumu haqqında həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Şübhəsiz, bu da iki ölkə arasında etimadın yaranmasına çox ciddi mənfi təsir göstərir. Beynəlxalq hüquqa əsasən, sözügedən bölgələr Azərbaycanın suveren əraziləridir. Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır.
Şuşada “Euronews” televiziya kanalına müsahibədə Prezident İlham Əliyev Ermənistandakı ermənilərə də önəmli mesaj verdi: “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”. Onlar ya reinteqrasiya olmalı, ya da prezidentimizin qeyd etdiyi kimi əraziləri tərk etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir".
Parlament üzvü bəyan edib ki, Ermənistan baş naziri Nikol Paşinyan tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və sərhədlərin müəyyənləşməsi məsələsində razılıq olduğunu təsdiqləsə də, Laçın yolu ilə bağlı əsassız iddiaları hər dəfə gündəmə daşıyır:
"Yenə Qarabağda ermənilərin "blokodasından" və "böhrandan" söz açaraq hər zamankı kimi rəsmi Bakını ittiham edir. Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur. Heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.
Paşinyan anlamalıdır ki, həqiqəti əks etdirməyən açıqlamalar prosesə ancaq mənfi təsir göstərir, münasibətləri kəskinləşdirir. Əfsuslar ki, bu, artıq ənənə halını alıb.
Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalı, nəticənin əldə olunması üçün ortaya konkret mövqe qoymalıdır. Ziddiyyətli açıqlamalar verməklə irəliyə doğru yol qət etmək mümkün deyil".
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı