"Şəhid ailələrimizi ziyarət etmək üçün Bakıya gəldik".
Bunu "15 iyul xain çevriliş cəhdinin beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsi çərçivəsində15 Temmuz Fondunun İdarə Heyətinin sədri İsmayıl Hakkı Turunç deyib.
"15 İyul Fondu xain çevriliş cəhdinin qarşısını almaq üçün qurulmuş bir dərnəkdir. Bu dərnəyin məqsədi ölkəmizdə demokratiya naminə yaşadıqlarımızın unudulmaması və gələcək nəsillərə ötürülməsidir - yaşananlardan ibrət alınması üçün. 15 İyulda Türkiyədə küçələrə çıxan insanlar dövlətimiz uğrunda mübarizə aparırdı. Bu yolda 753 şəhid verdik, 2800-dən çox qazimiz oldu. Çevrilişin məqsədi Türkiyəni parçalamaq idi. Bizə əmanət edilən torpaqları qorumaq üçün ən qiymətli varlığımız olan canımızı ortaya qoyduq. Qardaş ölkələrə səslənirik, diqqətli olun", - deyə o, bildirib.
İsmayıl Hakkı Turunç əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cəsarəti və xalqın dəstəyi sayəsində ölkəsinin parçalanmasının qarşısı alınıb.