İspan şirkəti Azərbaycanda 3 sahəyə investisiya yatırmaqda maraqlıdır

İspaniyanın “MCH Private Equity” investisiya şirkəti Azərbaycanda qida və qida texnologiyaları, yüngül sənaye və təbii ehtiyatlar sahələrinə investisiya yatırmaqda maraqlıdır.

Bu barədə Teleqraf-a açıqlamasında şirkətin qurucusu və baş tərəfdaşı José María Muñoz deyib.

“Azərbaycanda maraq göstərdiyimiz istiqamətlərdən biri qida və qida texnologiyalarıdır. Bu, investisiya yatırdığımız sahələrdən biridir və düşünürəm ki, burada böyük potensial var.

Bundan başqa, təbii ehtiyatlar diqqətimizi çəkir. Təbii ehtiyatların kəşfiyyatı ilə məşğul olan bir neçə şirkətimiz var və düşünürük ki, onların fəaliyyəti ölkə üçün maraqlı ola bilər. Ümumilikdə Azərbaycan bizə maraqlıdır. Daha geniş yanaşsaq, bütövlükdə Mərkəzi Asiya regionunun maraqlı olduğunu düşünürük”.