İsrail parlamenti - Knessetdə Osmanlı İmperiyasında baş verdiyi iddia edilən qondarma erməni soyqırımının tanınmasına dair qətnamə üzrə səsvermə təxirə salınıb.
Sherg.az xəbər verir ki, bu barədə ABŞ-nin “Jerusalem News Syndicate” nəşri israilli rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, qərar ABŞ və İran arasında yenidən artan gərginlik fonunda qəbul edilib. Təxirəsalma NATO-nun Türkiyədə keçirilən sammitindən sonra baş verib. Sammitdə Ankara ABŞ-dən F-35 qırıcılarının tədarükü məsələsini gündəmə gətirib.
Bildirilib ki, Knesset həftənin sonunda yay tətilinə çıxacaq və oktyabrın 27-də keçiriləcək seçkilərə qədər iclas keçirməyəcək.
Xatırladaq ki, İsrail Nazirlər Kabineti iyunun 28-də qondarma erməni soyqırımının tanınmasına dair qətnamə layihəsini təsdiqləmişdi.