İsrailli nazir: “Lazım gələrsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırıq”

İsrail ordusu (SAXAL) tam döyüş hazırlığı vəziyyətindədir və zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları yenidən başlamağa hazırdır.

Sherg.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Israel Katz Hərbi Hava Qüvvələrinin pilot buraxılış mərasimində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, İsrail ordusu istənilən ssenariyə hazırdır və ehtiyac yaranarsa, İrana yenidən zərbələr endirə bilər.

Katz həmçinin İsrailin düşmənlərinə xəbərdarlıq edərək bildirib ki, ölkənin “uzun əli” onların harada gizlənməsindən asılı olmayaraq çatacaq.

Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-dən davam edən hərbi qarşıdurmaya son qoyulmasını nəzərdə tutan memorandum imzalayıblar. Lakin bundan sonra da bölgədə gərginlik tam səngiməyib.

ABŞ hərbçiləri iyulun 9-na keçən gecə İrana qarşı bir sıra güclü zərbələr endiriblər. ABŞ Mərkəzi Komandanlığı əməliyyatın İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı fəaliyyətinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.