İTV-nin əməkdaşı mat qoydu: Mişel və Borrell sualdan qaçdı
10:42 06.10.2023
Gündəm
756
Avropa Şurasının sədri Şarl Mişel Avropa Siyasi Birliyinin (AST) sammitinin keçirildiyi İspaniyanın Qranada şəhərində jurnalistlərin suallarını cavablandırıb.
Sherg.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən İTV televiziyasının xəbərlər üzrə direktoru Fikrət Doluxanov Mişeldən, “Aİ Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 milyon azərbaycanlı haqqında 30 il niyə susur və niyə indi Ermənistanın adından danışır? Aİ bundan sonra bitərəf ola biləcəkmi. Sizcə, vasitəçi ola bilərsinizmi?” soruşub .
Fikrət Doluxanovun ilk sualını cavabsız qoyan Mişel açıqlamasında aşağıdakı ifadələri işlədib:
“Aİ qərəzsiz vasitəçidir. Çünki bizim gizli gündəmimiz yoxdur. Bizim gündəmimiz aydındır. Bunlar regionda rifah, sabitlik, təhlükəsizlikdir. 3 il əvvəl mediasiyaya başladığımız vaxtdan bu istiqamətdə xeyli irəliləyiş əldə etmişik. Biz məhbus mübadiləsi kimi konkret nəticələr əldə etdik. Mina xəritələrinin mübadiləsi və sərhədlərin müəyyən edilməsi üçün yaradılmış müştərək komissiyalar kimi konkret mövzularda irəliləyiş əldə olunub". AB-nin çox səmimi və dürüst olduğunu ifadə edən Mişel, "Bizə həmçinin daha çox diplomatik səylər lazımdır" deyib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell isə Doluxanovun "Avropa Ukrayna, Gürcüstan və Moldovada separatizmlə mübarizə aparır. Bəs niyə Azərbaycanda döyüşmür?" sualına "biz edirik" deyərək qısaca cavab verib və sürətlə ərazini tərk edib.
Qeyd edək ki, ötən gün İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan 5 tərəfli toplantıda Türkiyənin iştirak şərtini rədd etdiyi üçün Azərbaycan da iştirak etməkdən vaz keçib.
Bununla belə, görüş Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Aİ Şurasının sədri Şarl Mişel və Almaniya kansleri Olaf Şolzla dördlük şəklində keçirilib.
Görüşdən sonra verilən birgə bəyanatda bildirilib ki, liderlər Ermənistan və Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün bütün səylərə sadiq qalıblar.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkə mətbuatına açıqlamasında baş verənlərə qərb ölkələrinin ikiüzlü münasibət bəslədiyini bəyan edərək, Rusiyanın Ukraynaya təcavüzünü misal göstərib.
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm