Kəmaləddin Heydərov onları mükafatlandırdı
Kəmaləddin Heydərov onları mükafatlandırdı
Yusif Nəzərli
09:50 05.10.2023
Gündəm
476
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş psixoloqlar və FHN-in bir qrup psixoloqu yüksək səviyyəli xidmətlərinə görə medal və fəxri fərmanlarla təltif ediliblər.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-də keçirilən təltifetmə mərasimində iştirak edən nazir Kəmaləddin Heydərov göstərdikləri xidmətlərə görə türkiyəli və yerli psixoloqlara təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edilib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş ölkədən gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə 2021-ci ilin yanvar ayından ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib. Bu müddət ərzində respublikanın müxtəlif bölgələrində 4000 nəfərə yaxın vətəndaşa, o cümlədən 430-a qədər uşaq və yeniyetməyə ümumilikdə 9500 seans psixoloji yardım göstərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm