“Keyfiyyətsiz dərmanları bahalı dərman adı ilə satırlar” – Həkimdən sensaion açıqlama
Fidan Həmişəyeva
14:03 12.09.2019
Gündəm
710
Bu ilin yanvar-avqust ayları ərzində 124 nəfər dərmandan zəhərlənib. Bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 16-sı uşaq olub.
A.Maqsudov bildirib ki, il ərzində 15-i uşaq olmaqla, 96 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.
Məlumdur ki, adətən dərmandan zəhərlənmə həkim məsləhəti olmadan özbaşına, təyinatsız preparatları qəbul edərkən baş verir. Bəs zəhərlənmə hallarının olması ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı ola bilərmi?
Sualımızı cavablandıran “Borçalı” İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədli “Sherg.az”a söylədi ki, bütün hallarda dərmanlar kimyəvi qatqılardan ibarətdir.
Həkimin sözlərinə görə, hansısa insanın bədənində həssaslıq ola bilər. Bu zaman həmin şəxslərin dərman qəbulundan sonra allergik təsirə məruz qalması baş verir:
“Əslində təcrübəli həkimlər əvvəlcə xəstənin allergiyasının olub-olmadığını yoxlayırlar və sonra dərman preparatını təyin edirlər. Bu dəqiqə dərmanların pərakəndə satışına qadağalar yoxdur. Ola bilər ki, kimsə heç bir allergik reaksiyalarını yoxlamadan gedib öz başına dərman alır və istifadə edir. Belə olan halda dərman qəbulundan sonra allergik təsirlər ola bilər. Bu reaksiyalar dərmanın keyfiyyəti ilə yox, daha çox orqanizmin həssaslığı ilə bağlıdır. Çox rastlaşırıq ki, insanlar aptekə gedib ya kiminsə məsləhəti, ya da özbaşına hansısa dərmanı qəbul edirlər. Belə olan halda bədənin immun sistemi də ölə bilər. Xəstələr bilməlidir ki, bütün hallarda həkimlə məsləhətləşəndən sonra dərman qəbul etmək lazımdır”.
Dərmandan zəhərlənmə hallarına gəlincə, həkim vurğuladı ki, Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı əlavə şərhlərə ehtiyac yoxdur. Mütəxəssislər, dövrü mətbuat və televiziya kanallarında zaman-zaman ölkəmizdəki dərman istehsalının ciddi təhlükəsizlik problemi olduğu bildirilib:
“ Xaricdən Azərbaycana idxal olunan dərman preparatları üzərində monopoliya sahibi olan dərman şirkətləri ilkin istehsalçıllarla müəyyən razılaşma əldə edirlər. Onlar dərmanların bahalı olan komponentlərini çıxarıb Azərbaycan bazarına gətirmək üçün danışıqlar aparırlar.
Bütün bunlar korrupsiyalaşma, dövlət orqanlarının nəzarətinin olmaması və inhisarlaşma ilə bağlıdır. İnhisarın söykəndiyi siyasi hakimiyyətə yaxın kriminallaşmış dairələr olandan sonra onlara hansısa orqanın daxil olması, müdaxilələrin edilməsi, “yoxlama” aparması baş verir.
Belə olan halda isə dərəbəylik yaranır. Hətta ən keyfiyyətsiz və heç bir təsir gücü olmayan dərmanları bahalı dərman adı ilə Azərbaycan insanına satırlar. Əsas odur ki, bu biznes davam etsin və daim pulları olsun.
Amma əhalini fikirləşmək anlayışı kifayət qədər yad məqamdır. Düşünürəm ki, səhiyyə sistemində xüsusilə dərman ticarəti ilə bağlı islahatlar aparılmalıdır. Azərbaycan cəmiyyətində hər kəs islahatlardan danışır. İslahat olmadığı təqdirdə bu cür hallar davam edəcək, dərmanlardan zəhərlənmə və digər neqativ hallar baş verəcək. Keçiriləcək islahat belə hadisələri tənzimləməlidir və tibb personalının hüquqlarından tutmuş istehsakçı olan vətəndaşın hüquqlarının təmini yüksək səviyyədə qanunlarla tənzimlənməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi