Koronavirusdan qorunmağın yolu: Soğan, sarımsaq… - HƏKİM MƏSLƏHƏTİ
Turan
08:12 29.01.2020
Gündəm
1190
“Koronavirus digər qriplərdən öz əlamətlərinə görə çox da fərqlənmir. Eyni temperaturu verir və eyni narahatlığa səbəb olur. Ona görə də biz bu xəstəliyi ilk gəlişində digər qriplərdən ayırd edə bilmirik”.
Bunu Sherg.az-a açıqlamasında tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
Bəs “belə halda nə etməliyik?” sualına isə həkim bu cür cavab verib:
“İlk növbədə hər bir qrip halında poliklinikalara getməliyik. Koronavirusla bağlı spesifik profilaktika, vaksinasiya hələ ortada olmadığı üçün xəstəlikdən qorunmaq üçün qeyri-spesifik profilaktika növündən istifadə edilməlidir. Yəni immuniteti gücləndirən vasitələrindən yararlanmalıyıq. Çoxlu maye qəbul etməli, sarımsaq və soğandan daha çox istifadə etməliyik. Tibbi profilaktika növlərindən biri də fiziki aktivlikdir. İdmandan vaz keçilməməlidir. Açıq havada daha çox gəzmək lazımdır. İş mühitində öskürən, asqıran, burnu axan varsa, o adamlardan uzaq durmalıyıq. Xəstələrdən tibbi maskalardan istifadə etmək, işə çıxmamaq tələb olunmalıdır”.
Ə.Nağıyev vurğulayıb ki, ən vacib məsələ isə qorxmamaqdır:
“Televiziyalarda çıxışlarım zamanı hər dəfə bu məqama diqqət çəkirəm. Qorxu bizi daha çox öldürür, nəinki xəstəliyin özü. Təşviş halı immunitetimizi zəiflədir. Təşvişə o mənada əsas yoxdur ki, il ərzində qripdən ölənlərin sayı 200 nəfər olsa da, avtomobil qəzasında həyatını itirənlərin sayı bundan dəfələrlə çoxdur. Vaxtı ilə “Hepatit C” virusundan qorxanlara da deyirdim ki, alkoqolun məhv etdiyi insanların sayı bu virusun öldürdüyü insanların sayından 10 dəfə artıqdır. Qorxu o vaxt olar ki, səndə xəstəlik əlamətləri müşahidə olunsun. Əslində o halda da qorxmaq yox, gecikmədən evə təcili tibbi yardım çağırmaq lazımdır. Ağır hallara düşməmək üçün xəstəliyin ilk günlərində həkim nəzarəti vacibdir. Fərdi səviyyədə edə biləcəyimiz bunlardır. Dövlət və səhiyyə sistemi öz işini görür”.
Həkim onu da əlavə edib ki, adi qripdən ölənlərin faiz nisbəti heç də koronavirusdan ölənlərdən ciddi fərqlənmir:
“Qrip elə qripdir. Sadəcə koronavirusa qarşı spesifik immunitet hələ formalaşmayıb. Xəstəliyə yoluxmalısan ki, ona qarşı immunitet formalaşsın. Amma digər qriplərə artıq öyrəşmişik. Ona görə də onlardan çox qorxmuruq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya