
Kreml İrəvana qarşı hələ ki çox təmkinli davranır - Politoloq
11:15 03.10.2023
Gündəm
597
Rusiya-Ermənistan qarşıdurmasından Azərbaycan maksimum öz xeyrinə istifadə etməlidir
“2020-ci ilin noyabrında Vladimir Putin müharibənin dayandırılması ilə bağlı saziş imzalamaqla Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib söhbəti yalandır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.
“Ümumi bir anlayış var idi ki, Qarabağın yekun statusu ilə bağlı dialoq davam edəcək. Amma bir il və ya il yarım sonra Baş nazir Paşinyan Praqada keçirilən Avropa sammitində sənəd imzaladı ki, Ermənistan və Azərbaycan arasında Alma-Ata Bəyannaməsinə uyğun olaraq 1991-ci il sərhədlərində bir-birini tanıyır, məsələ bağlandı” - Lavrov deyib.

Ermənilərin həyasızlığının sərhəd tanımadığını söyləyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Ermənistan 8 noyabrda məğlubiyyətə uğrayaraq bəyannaməyə imza atıb:
"Yəni Rusiya Ermənistanı heç nəyə məcbur etməyib. Əksinə onları tam məğlubiyyətdən qurtardı. Etiraf edək ki, 8 noyabrda tam qələbəmiz əlimizdən alındı. Yəni ruslar üç il məsələni uzatdılar. Amma şükürlər olsun ki, Qarabağ məsələsində son nöqtəni qoymağa müvəffəq olduq. Ermənilərin isə həyasızlıq baxımından dünyada analoqu olmayan bir xalqdır. Onlar hər dəfəsində bunu təkrarən sübut edirlər".
Analitikin sözlərinə görə, Lavrovun cavabı daha sərt ola bilərdi:"Ümumiyyətlə Rusiya Ukraynaya, Gürcüstana, Moldovaya və digər ölkələr qarşı göstərdiyi sərtliyi Ermənistana göstərmir. Yəni Moskva mərkəzində Putinin, Lavrovun təhqir olunmasına və rus pasportunun yandırılmasına baxmayaraq, Kreml məsələyə çox təmkinli yanaşır. Belə dözümlülüyün göstərilməsi isə, Rusiyanın Ermənistanı itirmək qorxusundan irəli gəlir. Ancaq Rusiyanın da səbri tükənməyə başlayıb. Düzdür sərt ritorika Putin, Lavrov və Zaxarova səviyyəsində deyil. Amma rus dövlət telekanallarında belə epizodların şahidi ola bilirik. Digər tərəfdən Ermənistan anti-Rusiya mövqeyini dərinləşdirsə və məsələ Gümrüdəki hərbi bazanın çıxarılmasından getsə, Moskva əməldə sərt addımlar ata bilər. Bu da Azərbaycanın maraqlarına cavab verib. Ümumiyyətlə Rusiya-Ermənistan qarşıdurmasından Azərbaycan maksimum öz xeyrinə istifadə etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm