Laçında Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində lövhələrin açılışı olub
11:54 28.05.2023
Gündəm
449
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.
Sherg.az-ın xəbərinə görə, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.
Qeyd edilib ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.
Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.
Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi