Lavrovun müavini: Ermənistanın Roma Statutunu qəbul etməsi Rusiyadan uzaqlaşma tendensiyasının bir hissəsidir
Lavrovun müavini: Ermənistanın Roma Statutunu qəbul etməsi Rusiyadan uzaqlaşma tendensiyasının bir hissəsidir
Yusif Nəzərli
12:17 04.10.2023
Gündəm
318
Ermənistanın Roma Statutunu qəbul etməsi Rusiyadan uzaqlaşma tendensiyasının bir hissəsidir.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.
Ryabkov qeyd edib ki, Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun qəbul edilməsi bu ölkənin Rusiyadan uzaqlaşma istiqamətində siyasətinin ümumi tendensiyanın bir hissəsidir və əmin olduğunu bildirib ki, tarix hər şeyi öz yerinə qoyacaq:
“Ermənistan hökumətinin uzaqlarda özünə bəzi himayədarlar axtarmaq və kimlərinsə xoşuna gəlmək istəyi xalqlarımız arasında əsrlər boyu formalaşmış nadir tarixi dostluq və qarşılıqlı anlaşma bağlarını qıra bilməz”, - deyə XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, dünən Ermənistan parlamenti Rusiya Prezidenti Vladimir Putinin həbsinə əsas verən Roma Statutunu ratifikasiya edib.
Xatırladaq ki, 2004-cü ildə ratifikasiya prosesi dayandırılmışdı. Həmin ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyasına zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.
Kreml isə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.
Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual