Lukaşenko Kremlin danışan dilinə çevrilib
Lukaşenko Kremlin danışan dilinə çevrilib
Yusif Nəzərli
10:31 25.06.2023
Gündəm
421
Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur
"Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Jirinovskinin ölümündən sonra Kremlin danışan dilinə çevrilib. O, Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib ki, Ermənistanın təşkilatla bağlı tələbləri və iradları əsaslıdır".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Lukaşenkonun məntiqinə görə, Ermənistan rəsmiləri KTMT-ni tənqidlərində haqlıdırlar. Lukaşenko bunun ardınca bildirib ki, təşkilat çərçivəsində problemləri həll etməsək, KTMT ölkələri davamlı olaraq bir-birini tənqid edəcək, təşkilatın işindən narazılıqlarını bildirəcəklər:
“Ona görə də KTMT ölkələrinin problemlərini dərindən araşdırmaq və çıxış yolu axtarmaq lazımdır”. Kreml sözçüləri Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı tənqidi fikirlərinə etiraz edərkən, Moskvanın müttəfiqi Belarus Prezidenti İrəvanın təşkilatla bağlı iradlarını əsaslı adlandırıb.
Bu, Lukaşenkonun öz fikridir, yoxsa Kremlin Belarus Prezidenti vasitəsilə Azərbaycana mesajıdır? Məlumdur ki, KTMT silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına ziddir. Kreml Cənubi Qafqazı əldən vermək istəmir, bölgədə varlığını KTMT-nin imkanları vasitəsilə də həyata keçirmək istəyir. Kreml sahibi Vladimir Putinin Paşinyandan xoşu gəlməsə də, o, Ermənistan və Qarabağ separatçıları vasitəsilə bölgədə varlığını davam etdirmək və rəqibləri olan – Avropa İttifaqı və ABŞ-ni Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Kremlin bu istəyinin gerçəkləşməsi yolunda əsas maneələrdən biri Azərbaycandır. Biz başda strateji müttəfiqimiz Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ ilə sıx əməkdaşlığın tərəfdarıyıq. Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur. Putin özünün səsləndirə bilmədiyini Lukaşenkoya dedizdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya