Mansur Yavaş: 34 il əvvəl Xocalıda insanlıq məhv edildi

Türkiyənin Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş sosial mediada Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar paylaşım edib.

Teleqraf xəbər verir ki, bələdiyyə sədri o zaman baş verənlərin bəşəri cinayət olduğunu bildirib.

“34 il əvvəl Xocalıda insanlıq məhv edildi, vicdanlar səssiz qaldı. Həyatını itirən azərbaycanlı qardaş-bacılarımızı hörmət və rəhmətlə yad edir, qardaş Azərbaycan xalqının kədərini bölüşürəm”, - Mansur Yavaş vurğulayıb.