
Məlahət İbrahimqızı: "Bir həkim kimi deyrəm, Paşinyanın beyni iflic vəziyyətindədir"
15:41 10.01.2025
Gündəm
579
“Bəlkə də bu şəxs orta məktəbdə coğrafiya və tarix dərslərindən kəsilib və ya bu məsələlərə lazımi diqqət yetirməyib”
Prezident İlham Əliyevin Paşinyanı "Qərbi Azərbaycan" icması ilə görüşə səsləməsindən sonra Paşinyan öz Facebook hesabında Ermənistan ərazisində "Qərbi Azərbaycan" olmadığını bildirib:
"Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz".

Mövzu ilə bağlı "Sherg.az"a danışan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə, yalnız cəmiyyətimizdə deyil, həm də bütün Türk dünyasında böyük bir ruh yüksəkliyi yaradıb:
"Bu müsahibə, xüsusilə Qərbi Azərbaycan məsələsini gündəmə gətirməklə, həm bizim xalqımız, həm də beynəlxalq ictimaiyyət üçün çox vacib bir mövzuya çevrilib. Prezidentin verdiyi mesajlar bu məsələnin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aydın və qətiyyətli bir mövqe nümayiş etdirdi. Bu, yalnız Qərbi Azərbaycan məsələsinin hüquqi və siyasi müstəvidə dünya səviyyəsində diqqətə çatdırılmasına xidmət etmədi, həm də məsələnin daha geniş bir kontekstdə müzakirə edilməsinə təkan verdi. Paşinyanın bu mövzuda özünü bilməməzliyə vurması, ən azı, başa düşüləndir. Bir həkim olaraq deyə bilərəm ki, Paşinyanın beynindəki orientasiya etməni tənzimləyən mərkəz iflic vəziyyətindədir. Bəlkə də bu şəxs orta məktəbdə coğrafiya və tarix dərslərindən kəsilib və ya bu məsələlərə lazımi diqqət yetirməyib. Lakin Paşinyan, ən azı, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın sosial mediada paylaşdığı videoya diqqətlə qulaq assa yaxşı olardı. Həmin dövrün siyasi proseslərini başa düşmək və düzgün qiymətləndirmək üçün bu videodakı etiraflar çox vacib və informativdir. Lakin ən doğru məsləhət odur ki, Paşinyan möhtərəm Prezidentimizin son müsahibəsində ona ünvanlanan açıq və aydın mesajları diqqətlə oxusun".
Oxşar xəbərlər
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya