“Mən o qeyri-qanuni Zelenski ilə bir masaya oturmayacam” - Putindən sərt açıqlama
11:53 29.01.2025
Gündəm
567
Rusiya-Ukrayna müharibəsində atəşkəslə bağlı müzakirələr davam edərkən, Moskvadan yeni açıqlama gəlib.
Sherg.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə sülh danışıqları apara biləcəyini, lakin onun “qanunsuz” adlandırdığı prezident Vladimir Zelenski ilə birbaşa görüşməkdən imtina etdiyini deyib.
Zelenski Putinin danışıqlardan “qorxduğunu” və təxminən üç ildir davam edən münaqişəni uzatmaq üçün “qeyri-qanuni hiylələrdən” istifadə etdiyini bildirib.
Dünən axşam verdiyi açıqlamada Putin “Zelenski danışıqlarda iştirak etmək istəsə, iştirak etmək üçün adamlar ayıracam” deyərək, Ukrayna liderini hərbi vəziyyət dövründə prezidentlik müddəti başa çatdığı üçün “qanunsuz” adlandırıb.
“Əgər danışıqlar aparmaq və kompromis tapmaq istək varsa, qoy danışıqları hər kəs aparsın”, - Rusiya lideri bildirib. "Təbii ki, biz özümüzə uyğun gələn və maraqlarımıza uyğun gələnə çalışacağıq" deyib.
Zelenski deyib ki, real sülhə nail olmaq şansı var, lakin Putin münaqişəni dayandırmaq səylərinə mane olur.
“Bu gün Putin bir daha təsdiqlədi ki, o, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün əlindən gələni edir”, – Zelenski X sosial media platformasında yazıb.
Rusiya lideri həmçinin təklif edib ki, əgər Qərb Kiyevə dəstəyini dayandırsa, münaqişə iki ay və ya daha az müddətdə bitəcək.
Dövlət televiziyasının müxbirinə açıqlamasında Putin deyib ki, Əgər pul və geniş anlamda sursatlar tükənərsə bir aya mövcud olmayacaqlar. Bir ay yarım və ya iki aya hər şey bitəcək.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib
12:59 09.09.2026
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət