Mövlud Çavuşoğlu: “Ermənistanın atəşkəsi hər dəfə pozduğunu hər kəs görür, amma bunu söyləmək istəməyən çoxdur”
10:35 01.11.2020
Gündəm
518
“Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq.
Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır”, - deyə nazir bildirib.
M. Çavuşoğlu əlavə edib ki, bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi: “Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var.
Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran səbirsizliklə razılaşma gözləyir
21:42 22.05.2026
Dünya
WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu - TƏHLİL
21:35 22.05.2026
Gündəm
Marko Rubio və Hakan Fidan arasında görüş olub
21:29 22.05.2026
Gündəm
CHP-də kompromis olmazsa, parçalanma qaçılmazdır - ŞƏRH
21:28 22.05.2026
Gündəm
“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
21:05 22.05.2026
Dünya
WUF-13-də erməni vəhşiliyi ifşa olundu - ŞƏRH
20:53 22.05.2026
Gündəm
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
20:41 22.05.2026
Dünya
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm