Müsavat Dərvişoğlu Türk Ocaqları Mərkəzini ziyarət edib - FOTO
Yusif Nəzərli
20:09 30.10.2024
Gündəm
466
İYİ Partiyanın sədri Müsavat Dərvişoğlu Türk Ocaqları Mərkəzini ziyarət edib. Türk Ocaqlarının sədri, professor Mehmet Öz ilə görüşən Dervişoğlu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
"Sherg.az"ın xəbərinə görə, İYİ Partiya sədri Dərvişoğlu görüşlə bağlı jurnalistlərə açıqlamasında bunları deyib:
"Bu gün çox əhəmiyyətli bir ziyarəti reallaşdırdıq. Gəncliyimizdə ilham və feyz aldığımız yerlərdən biri də Türk Ocaqlarıdır. Bu gün burada olmaqdan çox məmnun olduğumu bildirmək istəyirəm. Hörmətli Mehmet bəylə bölgə, dünya və Türkiyəyə dair fikirlərimizi paylaşdıq. Arzu və ümid edirəm ki, buradakı fikir qığılcımı türk dünyasına yayılsın. Bu Ocaq Cümhuriyyətin qurulmasına öncülük edən və rəhbərlik edən ideyaların yarandığı yerdir. Bu gün də Cümhuriyyəti qorumaq baxımından çox mühüm bir missiyanı təmsil edəcəyi göz qabağındadır. Xoş qəbula və nümayəndə heyətimizə göstərilən diqqətə görə, təşəkkürümü bildirirəm".
İYİ Partiya sədri əlavə edib ki, Türkiyənin birliyə və həmrəyliyə ehtiyacı var:
"Türkiyə unitar dövlət quruluşunu qorumalıdır. Türk millətini millət edən dəyərləri qorumaq lazımdır. Bu yer həm də düşüncə yeridir. Bu baxımdan həm yaşamalı, həm yaşatmalı, həm də fikirlərinə hörmət edilməli bir qurumdur. Mən də gəncliyimdən həmişə bu hisslə böyümüşəm”.
Dərvişoğlu Cümhuriyyət bayramında Anıtkabirdə təşkil edilən mərasimdə MHP sədri Dövlət Baxçalı ilə görüşü barədə sualı belə cavablandırıb:
"Hörmətli Baxçalı ilə hər zaman əl sıxışıram. Görüşlərə qarşı deyiləm. Bununla həm də "əl uzatmaq" anlayışı ilə bağlı aparılan müzakirələrə diqqət çəkdim. Süleyman Dəmirəllə Bülent Ecevit arasında da belə hadisə yaşanmışdı. Dəmirəl bəy Anıtkabirdə olarkən Ecevitin əlini sıxanda jurnalistlər ondan bu barədə soruşmuşdular. Cavab vermişdi ki, "onun harasını sıxacağam?". İndi məni də belə cavab verməyə məcbur etməsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya