“Hamısı 25 yaşdan aşağıdır” - Putindən Maska uzanan qaranlıq şəbəkə

ABŞ Ədliyyə Nazirliyinin Jeffrey Epstein işi ilə bağlı yaydığı yeni sənədlər milyarderin bir çox nüfuzlu şəxs, o cümlədən Elon Maskla yazışmalar apardığını üzə çıxarıb. Sənədlərdə Epstein-Mask arasında 2012-2014-cü illərə aid e-poçtlar, mümkün səfərlər və dəvətlər yer alır. Yazışmalarda Epsteinin “25 yaşdan yuxarı heç kim yoxdur” kimi ifadələri diqqət çəkir.

Sherg.az xəbər verir ki, bundan əlavə, sənədlərdə Epsteinin SpaceX obyektlərinə səfəri, BMT Baş Assambleyası dövründə müxtəlif dəvətlər, eləcə də Slovakiyanın sabiq milli təhlükəsizlik müşavirinin istefası ilə bağlı məlumatlar yer alıb. Materiallarda Vladimir Putinin adının keçdiyi minə yaxın sənəd və Mossadla mümkün dolayı əlaqələrə dair iddialar da qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp isə açıqlanan yeni sənədlərin onu ittiham etmədiyini, əksinə “günahsız çıxardığını” bəyan edib.