Türkiyənin “Milliyet” qəzetinin yazarı Tunca Bengin Rusiya-Ukrayna müharibəsinin beşinci ilində də dalana dirəndiyini və münaqişənin bütün tərəflər üçün ağır nəticələrə səbəb olduğunu yazıb.
Bengin qeyd edib ki, Rusiya gözlədiyi sürətli qələbəni əldə edə bilməyib, Ukrayna isə işğal olunmuş ərazilərini geri qaytara bilməyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək cəhdlərinə baxmayaraq, hazırda tərəflər arasında real sülh perspektivi hələ də qeyri-müəyyəndir.
Yazar Rusiyanın Prezidenti Vladimir Putinin “güclü və yenilməz lider” imicinin müharibə fonunda ciddi zərər gördüyünü, Ukrayna Prezidenti Volodimir Zelenskinin isə Qərbin dəstəyi və təzyiqi arasında çətin vəziyyətdə qaldığını bildirib.
Bengin hesab edir ki, Avropa ölkələri də müharibənin uzanmasında maraqlı görünür, çünki Rusiyanın mümkün qələbəsinin onların təhlükəsizliyi üçün risk yaradacağından ehtiyat edirlər.
Məqalədə vurğulanır ki, tərəflər danışıqlara hazır olduqlarını bəyan etsələr də, Moskva və Kiyevin şərtləri arasında ciddi fikir ayrılıqları qalır.
“Bu qanlı və amansız müharibədə tərəflərlə yanaşı, birbaşa və ya dolayı şəkildə iştirak edən bütün aktorlar əslində uduzub”, -deyə yazar qeyd edib.
Bengin sonda müharibənin əbədi davam etməyəcəyini, lakin onun necə və kimi bitirəcəyinin hələ də qeyri-müəyyən olduğunu vurğulayıb.