İranln hökumətinin süqutu yalnız zaman məsələsidir. Bir gün İran xalqının azad olacağına əminəm.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının kürsüsündən bildirib.
Çıxış zamanı İsrailin baş naziri Starlink peyk cihazını nümayiş etdirərək deyib: "İran rəhbərliyi "nsanlara həqiqətə çıxış imkanı verən, seçim edən, sərbəst düşünən və fikirlərini sərbəst şəkildə ifadə edən texnologiyalardan qorxur".
BMT binasının qarşısında toplaşan etirazçılara və çıxışı zamanı zalı tərk edənlərə müraciət edən Netanyahu soruşub: "İran tiranları on minlərlə silahsız İran vətəndaşını öldürüb şikəst edəndə siz harada idiniz?"