Netanyahu və müdafiə naziri orduya Livanda "atəşi dayandırmaq" tapşırığı verib

İsrailin Baş naziri Benjamin Netanyahu və Müdafiə naziri Israel Katz İsrail ordusuna atəşin dayandırılması, lakin Livanın cənubunda nəzarət edilən ərazilərdə mövqelərin saxlanılması barədə göstəriş veriblər.

APA xəbər verir ki, bu barədə İsrail mediasına istinadən məlumat yayılıb.

Məlumata görə, qərara əsasən, İsrail Müdafiə Qüvvələri (IDF) hərbi əməliyyatları dayandıracaq, lakin Livanın cənubunda nəzarət altında olan bölgələrdə mövcud mövqelər saxlanılacaq.

Hadisə ilə bağlı əlavə rəsmi açıqlamalar gözlənilir.