Nigeriya Hərbi Hava Qüvvələri 100-dən çox silahlını məhv edib

Nigeriya Hərbi Hava Qüvvələri ölkənin şimal-qərbində əməliyyat keçirib.

APA xəbər verir ki. bu barədə Nigeriya Müdafiə Nazirliyinin mətbuat xidməti Eduard Buba brifinqdə bildirib.

Silsilə zərbələr nəticəsində 100-dən çox yaraqlı məhv edilib.

Əməliyyat bu yaxınlarda Niger və Zamfara ştatları arasındakı inzibati sərhəddə həyata keçirilib

Bubanın sözlərinə görə, zərbələr, o cümlədən Qərbi Afrikada İŞİD terrorçularının bazalarına endirilib.

Son iki ildə Nigeriya Silahlı Qüvvələri yaraqlıları məhv etmək üçün daha çox təyyarə və helikopterlərdən istifadə edir.